Bank Of Baku

Yaxın illərdə Azərbaycan daxili istehsal hesabına quru meyvələrə olan tələbatını tam ödəyəcək

Yaxın illərdə Azərbaycan daxili istehsal hesabına quru meyvələrə olan tələbatını tam ödəyəcək
# 05 oktyabr 2010 10:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın bir neçə il ərzində Azərbaycanda inşa olunacaq müasir standartlara cavab verən kiçik və orta həcmli meyvə emalı müəssisələri hesabına ölkədə quru meyvələrə olan tələbat tam ödəniləcək. «APA-Economics»in məlumatına görə, bunu İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycana ildə 5 min tona yaxın müxtəlif növ mevə qurusu idxal olunur: «Ölkədə yaradılacaq kiçik və orta həcmli meyvə emalı müəssisələri ilkin olaraq daxili bazarın tələbatını təmin edəcək və bir neçə il ərzində Azərbaycan alma, armud, ərik, kişmiş kimi meyvə qurusu ilə özünü tam təmin edəcək. Belə ki, sözügedən məhsulların ölkədə kifayət qədər xam mal bazası mövcuddur».

Qeyd edək ki, Quba-Xaçmaz, Şəki-Zaqatla və Aran iqtisadi rayonlarında müasir standartlara cavab verən kiçik və orta həcmli meyvə emalı müəssisələri inşa olunacaq. Dörd layihənin ümumi investisiya tələbatı 4,9 mln. manatdır ki, layihələrin reallaşmasına 2,8 mln. manat güzəştli kreditin ayrılması nəzərdə tutulur. Layihələrin icrası nəticəsində 1 min ton quru meyvə, 1,2 min ton mürəbbə, 4 min ton cem və 2,4 min ton alma konsentratı istehsalı mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR