Bank Of Baku

Ukraynada arağın qiyməti qaldırılır

Ukraynada arağın qiyməti qaldırılır
# 05 oktyabr 2010 12:43 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin sonunadək Ukraynada arağın minimal pərakəndə satış qiyməti 40%, şərabın qiyməti isə 3 dəfə artacaq.

APA-Economics”in xəbərinə görə, bu barədə qərar layihəsi Ukrayna İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanıb və hökumətin müzakirəsinə təqdim olunub.

Bu sərt addımın atılmasına səbəb “qara bazar”ın inkişafının qarşısını alan faktorların mövcud olmamasıdır. Hazırda Ukraynanın spirtli içkilər bazarının 25-30%-i “qara bazar”ın payına düşür. 2008-ci ildə minimal qiymətlərin tətbiqindən sonra “qara bazar”ın payı 5-10%-ə qədər azalıb, lakin alkoqolun ümumi bahalaşması nəticəsində itirilmiş mövqelər bərpa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR