Bank Of Baku

Bu il Azərbaycanda sahibkarlara 81 mln. manatlıq güzəştli kreditlər verilib

Bu il Azərbaycanda sahibkarlara 81 mln. manatlıq güzəştli kreditlər verilib
# 06 oktyabr 2010 11:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 81 mln. manat məbləğində güzəştli kreditlər verilib. Bu barədə «APA-Economics»ə SKMF-in icraçı direktoru Şirzad Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Fonda 71 mln. manatdan artıq vəsait əvvəllər verilən kreditlərin qaytarılması hesabına daxil olub ki, bu da SKMF-a ilin sonunadək 115 mln. manatlıq güzəştli kreditlərin verilməsinə imkan yaradacaq. Eyni zamanda, dövlət büdcəsindən bu il SKMF-a 44 mln. manatın ayırılması nəzərdə tutulub.

Ş.Abdullayev onu da bildirib ki, bu il ərzində SKMF tərəfindən Azərbaycanın müxtəlif bölgələrində «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda 22 tədbir keçirilib: «Hazırda biz bu növ tədbirlərin əsasən ölkənin sərhəd və cəbhə bölgələrində keçirilməsinə üstünlük veririk ki, ilin sonunadək Qazax, Göranboy və bu kimi rayonlarda analoji tədbirlərin keçirilməsi nəzərdə tutulub».

Xatırladaq ki, SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 35 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR