Bank Of Baku

Rusiyada kiçik müəssisələrin sayı azalır

Rusiyada kiçik müəssisələrin sayı azalır
# 06 oktyabr 2010 11:33 (UTC +04:00)
Bakı - APA-Economics. Son bir ildə Rusiyada kiçik müəssisələrin sayı 5,7% azalıb. “APA-Economics”in xəbərinə görə, bu barədə Sahibkarlığı Problemlərinin Sistemli Araşdırılması üzrə Milli İnstitutun hesabatında bildirilir.

Ən çox azalma Cənub federal dairəsində qeydə alınıb - 26%. Mərkəz federal dairəsində bu rəqəm 13%, Ural federal dairəsində isə 12,7% təşkil edib.

Kiçik müəssisələrin sayı yalnız Uzaq Şərq (6%) və Privoljsk (1,5%) federal dairələrində qeydə alınıb.

Eyni zamanda Rusiyada kiçik bizneslə məşğul olan vətəndaşların sayında da azalma qeydə alınıb. Artım yalnız Uzaq Şərq və Şimal-Qərb federal dairələrində müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR