Bank Of Baku

Azərbaycan paytaxtında Rusiya və Türkiyə istehsalı adı altında satışa çıxarılan naqillər aşkarlanıb

Azərbaycan paytaxtında Rusiya və Türkiyə istehsalı adı altında satışa çıxarılan naqillər aşkarlanıb
# 07 oktyabr 2010 09:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan paytaxtında Rusiya və Türkiyə istehsalı adı altında satışa çıxarılan naqillər aşkarlanıb.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, İ.Məmmədov küçəsi, 89A ünvanında Vasif Səfərova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisədə istehsal edilmiş naqillərin Rusiya istehsalı olan «Moskabelmet» və Türkiyə istehsalı «Demirer Kablo» və «VİKO» adları altında markalanaraq satışa çıxarıldığı müəyyən edilib.

Yoxlama zamanı həmçinin hazır məhsulların etiketlərində naqillərin uzunluğunun 100 metr olduğu göstərildiyi halda, faktiki olaraq 82-85 metr olduğu aşkar olunub.

Bundan başqa, müəssisənin anbarında naqillərin Türkiyə istehsalı olan “Siemens”, “Demirer kablo”, “VİKO”, “Nexans” və Rusiyada istehsal edilən “Moskabelmet”, “Sevkabel Xoldinq”, “Saranskabel” adları altında saxta markalanması üçün istifadə edilən 76,8 min ədəd etiketin olduğu müəyyən edilib.

Bununla əlaqədar olaraq müəssisənin anbarında Rusiyada və Türkiyədə istehsal olunmuş mal kimi markalanmış saxta 55,6 min metr, normativ sənədlərin tələblərinə uyğun markalanmamış 62 min metr naqil və onun markalanması zamanı istifadə edilən saxta etiketlər Dövlət Xidməti tərəfindən məsul saxlanmaya götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR