Bank Of Baku

USAID Azərbaycanda daha üç layihənin icrasına başlayıb

USAID Azərbaycanda daha üç layihənin icrasına başlayıb
# 07 oktyabr 2010 13:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) üç yeni layihəyə başlayıb.

USAID-dən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan Rəqabətlilik və Ticarət (ART) layihəsi əlverişli daxili işgüzar mühitin yaxşılaşdırılması, daha şəffaf və azad ticarət mühitinin inkişafı və Azərbaycanın kənd təsərrüfatı sektorunda müəyyən olunmuş dəyər zəncirlərinin təkmilləşdirilməsinə yönəlmiş üç illik layihədir. Bu layihə İqtisadi İnteqrasiya Forumu, Praqma Korporasiyası və ASR Konsaltinq ilə əməkdaşlıq şəraitində Sibley İnternational tərəfindən həyata keçiriləcək. Azərbaycan hökuməti ART layihəsinin maliyyələşdirilməsində USAID ilə birgə iştirak edir.

Həmçinin USAID kənd təsərrüfatına kreditlərin ayrılması da daxil olmaqla, mikro, kiçik və orta sahibkarlıq müəssisələrinin maliyyə vəsaitlərinə çıxışını artırmaq məqsədilə “AccessBank” və “DəmirBank”la 2015-ci ilə qədər davam edəcək əməkdaşlıq sazişi imzalayıb. Bu saziş USAID-in İnkişaf Kreditləri üzrə Səlahiyyətli Qurum (DCA) proqramının bir hissəsidir. DCA-in bu aləti ssuda və istiqrazlar üzrə qismən kredit zəmanətləri təmin edir və bununla borc verənin riskini azaltmış olur. Kredit zəmanətləri vasitəsilə USAID bankları öz kapitallarını kreditə layiq, lakin imkanları məhdud olan sektorlara kredit verməyə təşviq edir.

Azərbaycan Yeni Media Proqramı (AYMP) isə müstəqil xəbər və məlumatların istehsal və istehlak hüququnu artaraq dəstəkləyən mühitdə Azərbaycan vətəndaşları tərəfindən istehsal olunan, yayılan və istehlak olunan xəbərlərin və məlumatların kəmiyyəti və keyfiyyətini yaxşılaşdırmağa yönəlmiş üç illik təşəbbüsdür. Proqram Beynəlxalq Araşdırmalar və Mübadilələr Şurası (IREX) tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, indiyədək USAID tərəfindən Azərbaycana 300 mln. ABŞ dollarından artıq maliyyə yardımı və texniki dəstək göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR