Bank Of Baku

Qazax rayonunda sahibkarlardan prioritet investisiya layihələrinin qəbuluna start verilib

Qazax rayonunda sahibkarlardan prioritet investisiya layihələrinin qəbuluna start verilib
# 12 oktyabr 2010 09:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qazax rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, kampaniya Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2009-2013-cü illər) icrası çərçivəsində təşkil olunub. Qazax rayonu üzrə sahibkarlıq subyektlərindən təkliflər intensiv bağçılıq və tərəvəzçilik, meyvə (üzüm və digər meyvələr, o cümlədən meşə meyvələri və giləmeyvələri) və tərəvəz məhsullarının emalı müəssisələrinin yaradılması layihələrinin həyata keçirilməsi ilə bağlı qəbul olunur. Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR