Bank Of Baku

Gəncədə fəaliyyət göstərən çörək sexlərində reyd keçirilib

Gəncədə fəaliyyət göstərən çörək sexlərində reyd keçirilib
# 12 oktyabr 2010 13:41 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncədə yerləşən 2 saylı Dövlət Nəzarət İdarəsinin əməkdaşları Gəncədə fəaliyyət göstərən çörək sexlərində yoxlamalar aparıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı Dövlət Nəzarət İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, reydlər istehsal sahələrində ciddi qanun pozuntularının olduğunu üzə çıxardıb.

Yoxlamalar zamanı bəzi sexlərdə şəraitin norma və tələblərə cavab vermədiyi məlum olub. Belə şəraitdə bişirilən çörəklər isə insan sağlamlığı üçün real təhlükə yaradır. Yoxlamalar zamanı qanun pozuntuları ilə yanaşı, çörəyin nəzərdə tutulan avtomobillərlə deyil, digər avtomobillərlə daşınması, bişirilən çörəklərə mənşəyi məlum olmayan duz vurulması, bişirilmiş məhsulların ayaq altında yığılması kimi faktlar aşkar edilib.

Dövlət standartlarının kobud şəkildə pozulduğu bu müəssisələrə istehsal və satışı qadağan edən iradnamə və tələbnamələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR