Bank Of Baku

Azərbaycan gömrükçüləri Bakı aeroportunda ölkəyə qanunsuz gətirilən mobil telefon aparatları partiyasını aşkarlayıblar

Azərbaycan gömrükçüləri Bakı aeroportunda ölkəyə qanunsuz gətirilən mobil telefon aparatları partiyasını aşkarlayıblar
# 13 oktyabr 2010 09:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrükdən gizlədilən 51 ədəd mobil telefon aparatı aşkarlanıb.

DGK-dən «APA-Economics»ə verilən məlumata görə, Dubay-Bakı sərnişin aviareysi ilə gələn Azərbaycan vətəndaşı Nizami Abbasovun əl yükü və baqajları Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən baxışdan keçirilərkən gömrük nəzarətindən gizlədilmiş və bəyan edilməmiş mobil telefonlar aşkar olunub.

Belə ki, baxışdan əvvəl N.Abbasov gömrük əməkdaşlarına ona məxsus 1 ədəd selofan paket və 2 ədəd iri həcmli karton qutudan ibarət əl yükü və baqajlarda mütləq bəyan edilməli malın olmadığını bildirib. Lakin həmin əl yükü və baqajlar «Rapiscan 628» markalı «X-Ray» aparatı vasitəsilə nəzarətdən keçirilən zaman monitorda mobil telefonların təsviri görünüb. Sonradan, qanunvericiliyə uyğun olaraq, əl yükü və baqajlara baxış zamanı, N.Abbasovun bəyan etmədiyi 51 ədəd «BlackBerry Bold 9700» markalı mobil telefon aşkar olunaraq protokol əsasında götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR