Bank Of Baku

Ucarda “Regionlarda sahibkarların maarifləndirilməsi” mövzusunda tədbir keçirilib

Ucarda “Regionlarda sahibkarların maarifləndirilməsi” mövzusunda tədbir keçirilib
# 13 oktyabr 2010 13:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Ucarda “Regionlarda sahibkarların maarifləndirilməsi” mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə 100-ə yaxın sahibkar iştirak edib.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin sektor müdiri Siyavuş Mustafayev, Regionların inkişafı və dövlət proqramları şöbəsinin məsləhətçisi Səmənd Rəhimov çıxış edərək hazırda Azərbaycanda uğurla sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı olaraq inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, regionların inkişafında dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini qeyd ediblər.

Bakı Biznes Tədris Mərkəzinin direktor müavini Rahim Mürsəlov sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, onların zəruri nəzəri biliklərə və praktiki bacarıqlara yiyələnməsi, beynəlxalq təcrübənin öyrənilməsi, sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi istiqamətində Mərkəzin gördüyü işlər barədə məlumat verib və qeyd edib ki, Bakı Biznes Tədris Mərkəzi sahibkarların maarifləndirilməsinin əhəmiyyətini nəzərə alaraq bu istiqamətdə tədbirlərini digər rayonlarda da davam etdirəcək.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rauf Rzayev «Biznesdə risklərin idarə edilməsi və biznesin sığortalanması», Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin rəhbəri Akif Abbasov isə «Biznes-planların və investisiya layihələrinin hazırlanması» mövzusunda təqdimatlarla çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR