Bank Of Baku

Azərbaycanda bəzi ərzaq malları bahalaşa bilər

Azərbaycanda bəzi ərzaq malları bahalaşa bilər
# 14 oktyabr 2010 06:55 (UTC +04:00)
Azərbaycanın ən böyük ərzaq istehsalçısı olan «Azersun Holding»in prezidenti Abdulbari Goozal «APA-Economics»ə açıqlamasında bildirib ki, xaricdəki bahalaşmanın nəticələrini şirkət də hiss edir: «Bu il dünyada və Avropada havaların pis keçməsi və təbii fəlakətlər nəticəsində məhsul istehsalı azalıb. Xüsusilə şəkər istehsalı azalıb, indi dünyanın müxtəlif yerlərində şəkər almaq üçün növbələr yaranıb». Baş verən proseslər dünyada şəkərin qiymətini də artırıb, amma bu hələlik Azərbaycanda hiss olunmur: «Hələ ki, qiymətləri bir təhər saxlamışıq».

Bəzi məhsullar həddən artıq bahalaşdığına görə, «Azersun» onların idxalını dayandırıb. Məsələn, qarabaşaq yarmasının qiyməti 2,6 dəfə artaraq 1 ton üçün 1300 dollara yüksəldiyindən onun idxalı minimuma endirilib və digər analoji mallarla əvəz olunub. Bundan başqa, dünya bazarında qarğıdalının da qiyməti artıb.

A.Goozal bildirib ki, bazardakı vəziyyəti diqqətlə izləyən «Azersun» hələlik qiymətləri sabit saxlayır. Bu işdə İqtisadi İnkişaf Nazirliyinin də rolu var: «İqtisadi İnkişaf Nazirliyi bizimlə sıx əlaqədə işləyir və qiymətlərin artırılmamasını tələb edir».

Lakin buna baxmayaraq, «Azersun»un başçısı qeyd edib ki, gələn il qiymət artımı qaçılmaz olacaq: «Qiymət artımı olacaq, bundan qaçmaq mümkün deyil, amma baxır hansı məhsulda nə qədər. Hələlik bu dəqiq bilinmir - orta hesabla deyə bilərəm ki, bəzi mallarda qiymətlər 5-15% arta bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR