Bank Of Baku

Saxlama müddəti ötmüş 430 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 430 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 14 oktyabr 2010 15:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nəsimi rayonunda A.Əliyev küçəsi, 5A ünvanında yerləşən «Amin market»də, ev 7 ünvanında Kiyafət Tağıyevaya məxsus mağazada, ev 9 ünvanındakı «Qorodok market»də, A.A.Mirqasımov küçəsi, ev 4 ünvanında yerləşən «Natiq market»də, Cavadxan küçəsi, 29A, mənzil 108 ünvanındakı «Gold market»də, Səfərəliyeva küçəsi, ev 24 ünvanında Tofiq Babayevə məxsus mağazada, Yasamal rayonunda M.Seyidov küçəsi, ev 35 ünvanındakı «Yeni market»də, Ə.Ələkbərov küçəsi, ev 15, mənzil 2 ünvanında yerləşən «NV market»də, M.Əliyev küçəsi, ev 150 ünvanında İsmayıl Səttərova məxsus mağazada, Nərimanov rayonunda Z.Bünyadov prospekti, 75 ünvanında Zakir Həsənova məxsus mağazada, Binəqədi rayonunda Q.Musabəyov küçəsi, ev 3 ünvanında yerləşən «Dörd yol market»də, 4-cü mikrorayon, M.Cəlal küçəsi, ev 18/3 ünvanındakı «Gold market»də, Daşkəsən rayonunda İ.Qayıbov küçəsində yerləşən «Elvin market»də, S.Vurğun küçəsi, ev 17B ünvanında yerləşən «Arzu market»də, Qusar rayonunda N.Şərifov küçəsində Kamran Xanova məxsus mağazada, Goranboy rayonunda Qaradağlı kəndində Səidə Hüseynovaya məxsus mağazada, H.Əliyev küçəsində Məryəm Aslanovaya məxsus mağazada, Zaqatala rayonunda Vidadi küçəsi, 28 ünvanında yerləşən «Aysel market»də, ümumi çəkisi 430 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, un məmulatları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR