Bank Of Baku

Bakıda “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda beynəlxalq konfrans keçirilir
# 15 oktyabr 2010 08:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakıda Azərbaycan Dövlət İqtisad Universiteti və Qafqaz Universitetinin təşəbbüsü ilə “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

APA-Economics”in xəbərinə görə, konfransın təşkilatçıları Azərbaycan Sənaye və Energetika, İqtisadi İnkişaf və Təhsil nazirlikləri, Türkiyə Baş Nazirliyi yanında Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA), TÜSİAB və ABŞ-ın Troy Universitetidir.

Tədbirdə müxtəlif ölkələrin universitetlərindən, o cümlədən ABŞ-ın Troy Universiteti, Böyük Britaniyanın Oksford Universiteti, Türkiyənin 15-dən artıq universitetlərindən alim və tədqiqatçılar iştirak edir. Konfransda mövzu ilə əlaqədar 170-ə yaxın məruzə dinləniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR