Bank Of Baku

Ağdaşda «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda növbəti tədbir keçirilib

Ağdaşda «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda növbəti tədbir keçirilib
# 15 oktyabr 2010 10:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Ağdaş rayonunda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda növbəti tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə 100-ə yaxın sahibkar iştirak edib.

İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin sektor müdiri Siyavuş Mustafayev, regionların inkişafı və dövlət proqramları şöbəsinin baş məsləhətçisi Hüseyn Məmmədov çıxış edərək hazırda ölkə iqtisadiyyatının davamlı olaraq inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər) çərçivəsində regionlarda müasir texnologiyaların tətbiqi ilə yeni müəssisələrin və iş yerlərinin yaradıldığını qeyd ediblər.

Bakı Biznes Tədris Mərkəzinin direktor müavini Rahim Mürsəlov sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, onların zəruri nəzəri biliklərə və praktiki bacarıqlara yiyələnməsi, beynəlxalq təcrübənin öyrənilməsi, sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi istiqamətində Mərkəzin gördüyü işlər barədə məlumat verib və qeyd edib ki, Bakı Biznes Tədris Mərkəzinin bu cür maarifləndirmə tədbirləri ənənəvi xarakter alıb və ölkənin bütün regionlarını əhatə edəcək.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rauf Rzayev «Biznesdə risklərin idarə edilməsi və biznesin sığortalanması», Bakı Biznes Tədris Mərkəzi Göyçay nümayəndəliyinin rəhbəri Akif Abbasov isə «Biznes-planların və investisiya layihələrinin hazırlanması» mövzusunda təqdimatlarla çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR