Bank Of Baku

TUSİAB rəhbəri Yavuz Keleş: «Türk sahibkarlarının Azərbaycanda əsas problemi viza məsələsidir»

TUSİAB rəhbəri Yavuz Keleş: «Türk sahibkarlarının Azərbaycanda əsas problemi viza məsələsidir»
# 15 oktyabr 2010 11:10 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında Türkiyə Sənaye və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TUSİAB) rəhbəri Yavuz Keleş bildirib.

Onun sözlərinə görə, türk iş adamları Azərbaycan vətəndaşlarının Türkiyəyə getməsi üçün yalnız pasportun olması kifayət etdiyi kimi, bura yni formada gəlib iş qurmaq istəyirlər: «Hazırda bizim viza və ölkədə yaşamağa icazə məsələlərində çox böyük problemlərimiz var».

Y.Keleş bildirib ki, bu məsələ həllini taparsa, Azərbaycana gələn iş adamlarının sayı və onların ölkə iqtisadiyyatına sərmayələri artacaq.

Xatırladaq ki, indiyədək türkiyəli sahibkarlar Azərbaycana 3 mlrd. ABŞ dolları həcmində sərmayə yatırıblar, bu sərmayələr nəticəsində təqribən 60 min iş yeri yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR