Bank Of Baku

ABŞ bankları bir ay ərzində 100 min evi sahiblərinin əlindən alıb

ABŞ bankları bir ay ərzində 100 min evi sahiblərinin əlindən alıb
# 15 oktyabr 2010 13:03 (UTC +04:00)
Bakı - APA-Economics. Cari ilin sentyabr ayında ABŞ-da kreditorlar 100 min yaşayış evini sahiblərinin əlindən alıb.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, bundan əvvəlki rekord avqust ayında qeydə alınıb - 95,4 min ev.

Avqust ayı ilə müqayisədə yaşayış evinin əldən alınmasına dair ərizələrin sayı 3% (347 min) artıb. Beləliklə, ABŞ-da hər 371-ci yaşayış evi sahibinin əlindən alınıb. Yaxın aylarda bu göstəricinin aşağı düşməsi gözlənilir. Çünki banklar əldən alma prosedurunu sadələşdirməyə hazırlaşırlar.

Qeyd edək ki, ABŞ-da kreditini ödəyə bilməyən vətəndaşların evlərinin bankların xeyrinə kütləvi şəkildə müsadirə olunması 2007-ci ildə başlayıb. Bu isə ölkədəki maliyyə böhranının səbəblərindən birinə çevrilib. Öz növbəsində böhran evsizlərin sayının artmasına səbəb olub. Ümumilikdə ipoteka böhranı başlayandan ABŞ-da daşınmaz əmlak 30%-dən çox ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR