Bank Of Baku

Əmlak Məsələləri Dövlət Komitəsində kollegiya iclası keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində kollegiya iclası keçirilib
# 15 oktyabr 2010 13:14 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsində özəlləşdirmədə şəffaflığın artırılması, nizamnamə kapitalında dövlətin payı olan müəssisələrdə əmlakın inventarlaşması, dövlətə məxsus paylara görə dividendlərin ödənilməsi məsələlərinə həsr olunmuş kollegiya iclası keçirilib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, kollegiyada bildirilib ki, prezidentin fərmanına uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsinin yeni mexanizmlərinin tətbiqi üçün zəruri hazırlıq işləri görülür. Belə ki, özəlləşdirmə paylarının (çeklərin) tədavüldən çıxarıldıqdan sonra ixtisaslaşdırılmış pul hərraclarının keçirilməsi və dövlət əmlakının əmək kollektivinə güzəştli satışını tənzimləyən sənədlərin layihələri hazırlanır. Kollegiyada həmçinin özəlləşdirmə payları tədavüldən çıxarıldıqdan sonra özəlləşmənin yeni mexanizmlərinin tətbiqi ilə əlaqədar əhali arasında maarifləndirmə, izahat və təbliğat işlərinin aparılmasının zəruriliyi qeyd olunub.

İclasda dövlət əmlakının qorunub saxlanması məsələsi də diqqət mərkəzində olub. Belə ki, dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq razılıq olmadan, əsassız silinmiş, satılmış və digər formada özgəninkiləşdirilmiş əmlakın və ya dəymiş ziyanın bərpa olunması ilə bağlı zəruri tədbirlərin görülməsinin vacibliyi bildirilib.

Kollegiyada dövlət müəssisələrinin özəlləşdirilməsi üzrə investisiya müsabiqələrinin qaliblərinin öhdəliklərinə əməl etmələrinə nəzarət edilməsi, nöqsana yol verən investorlara qarşı ciddi tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR