Bank Of Baku

Birləşmiş Ərəb Əmirliklərində əcnəbi sahibkarlara ölkə ərazisində 100%-lik biznesə sahib olmaq icazəsi veriləcək

Birləşmiş Ərəb Əmirliklərində əcnəbi sahibkarlara ölkə ərazisində 100%-lik biznesə sahib olmaq icazəsi veriləcək
# 18 oktyabr 2010 07:40 (UTC +04:00)
Bakı - APA-Economics. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yaxın vaxtlarda əcnəbi sahibkarlara ölkə ərazisində 100%-lik biznesə sahib olmaq icazəsi verəcək.

APA-Economics”in “əl-Ərəbiyyə” telekanalına istinadən xəbərinə görə, BƏƏ-nin iqtisadiyyat naziri Sultan bin Səid əl-Mənsuri bildirib ki, müvafiq qanun layihəsi üzərində iş yaxın iki ay ərzində başa çatacaq: “Bu qanun ilk növbədə yüksək texnologiyalı və böyük investisiyalar tələb edən sahələrə şamil ediləcək”.

Qeyd edək ki, hazırda BƏƏ-də qanunlar biznesdə əcnəbi kapitalın 49%-dən çox olmasına imkan vermir. Amma burada azad iqtisadi zonalar (AİZ) istisna təşkil edir. AİZ-də əcnəbi kapitalın 100%-li iştirakına icazə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR