Bank Of Baku

Bakıda «İşəgötürənlərin iş yerlərində əməyin təhlükəsizliyi üzrə cavabdehlikləri» mövzusunda seminar keçiriləcək

Bakıda «İşəgötürənlərin iş yerlərində əməyin təhlükəsizliyi üzrə cavabdehlikləri» mövzusunda seminar keçiriləcək
# 18 oktyabr 2010 07:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İstehsalatda bədbəxt hadisələrin baş verməsini nəzərə alaraq Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) oktybarın 19-da Bakıda «İşəgötürənlərin iş yerlərində əməyin təhlükəsizliyi üzrə cavabdehlikləri» mövzusunda seminar keçirəcək.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, seminar ASK ilə Almaniyanın «Bildunswerk Der Wirtshaft» təşkilatı ilə bağlanmış Tərəfdaşlıq Layihəsinə uyğun olaraq, Konfederasiyanın üzvü olan müəssisə və təşkilatların əməyin təhlükəsizliyi məsələləri ilə məşğul olan məsul işçiləri üçün keçiriləcək. Seminarı Almaniyadan gələn təcrübəli ekspert aparacaq və əməyin təhlükəsizlik məsələləri haqda Almaniya-Azərbaycan təcrübəsi üzrə fikir mübadiləsi aparılacaq.

Bundan başqa, ASK ilə Azərbaycan Milli QHT Forumu ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanacaq.

Qeyd edək ki, 2010-cu ilin ilk 6 ayı ərzində Azərbaycanda istehsalatda 92 bədbəxt hadisə baş verib. Nəticədə 23 nəfər həlak olub, 77 nəfər isə müəyyən dərəcəli xəsarət alıb. Bunlardan tikintidə 12 nəfər həlak olub, 14 nəfəri isə xəsarət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR