Bank Of Baku

Azərbaycanda növbəti pirat DVD disklər partiyası məhv edilib

Azərbaycanda növbəti pirat DVD disklər partiyası məhv edilib
# 18 oktyabr 2010 10:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan paytaxtında 2 min ədəd saxta DVD disklər məhv edilib.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verdiyi məlumata görə, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən audiovizual sənaye məhsullarının satışı ilə məşğul olan Anar Qardaşov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində işə baxılıb və «Haqsız rəqabət haqqında» qanunun 9-cu maddəsinin tələblərini pozduğuna görə, A.Qardaşova 1,7 min manat maliyyə sanksiyası tətbiq edilib, piratçılıq yolu ilə çoxaldılmaqla satıldığı aşkar edilmiş 2 min ədəd DVD disklərin məhv edilməsi barədə icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR