Bank Of Baku

Hindistanda dünyanın ən nəhəng almaz birjası açılıb

Hindistanda dünyanın ən nəhəng almaz birjası açılıb
# 18 oktyabr 2010 10:56 (UTC +04:00)
Bakı - APA-Economics. Hindistanda dünyanın ən nəhəng almaz birjası açılıb. “APA-Economics”in xəbərinə görə, Mumbay şəhərində yerləşən birja “Bharat Diamond Burse” (BDB) adlanır.

80 min kv. metr sahəni əhatə edən birjada 2,5 min nəfər işləyə biləcək. Hər biri 9 mərtəbədən ibarət 8 qülləli birja kompleksinin tikintisi 250 mln. dollara başa gəlib. Kompleks ərazisində banklar və gömrük də olacaq. Gələn il BDB-nin dövriyyəsinin 1 trln. rupiyə (22,7 mlrd. dollara) çatacağı gözlənilir.

Qeyd edək ki, Hindistan dünyanın ən böyük qiymətli daş istehsalçısı və istehlakçısı olan ölkələrindən biridir. Xaricə almaz və brilyant satışı Hindistanın bütün ixracının 16%-ni təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR