Bank Of Baku

Saxlama müddəti ötmüş 340 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 340 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 18 oktyabr 2010 11:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nizami rayonunda Q.Qarayev prospekti, ev 25/6, mənzil 30 ünvanında Rahilə Məhərrəmovaya məxsus mağazada, mənzil 15 ünvanında Zulafət Qafarovaya məxsus mağazada, mənzil 16 ünvanında yerləşən «Nərmin market»də, Q.Qarayev prospekti, ev 69 ünvanındakı «Qasid market»də, Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsində, 2568 ünvanında yerləşən «Samir market»də, B.Nuriyev küçəsi, ev 40C ünvanında «Elgün market»də, Yasamal rayonunda C.Cabbarlı küçəsi, ev 16 ünvanında yerləşən «Mobil market»də, Füzuli küçəsi, 2/15 ünvanındakı «Fərid market»də, Səbail rayonunda İstiqlaliyyət küçəsi, 47/13 ünvanında German Bekerova məxsus mağazada, ev 47 ünvanında yerləşən «Moskva ərzaqları» mağazasında, Şəmkir rayonunda Çinarlı qəsəbəsində yerləşən «Uğur 999 market»də və Həcər Məmmədovaya məxsus mağazada, Ağdam rayonunda Xındırısdan kəndində Mirağa Məmmədova məxsus mağazada, Quba rayonunda 1-ci Nügədi kəndində İlhamə Nadirovaya məxsus mağazada, Tovuz rayonunda H.Əliyev prospektində yerləşən «Bizim market»də, M.Musayev küçəsində Nərman Məmmədova məxsus mağazada, ümumi çəkisi 340 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, un məmulatları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR