Bank Of Baku

Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşları İtaliya və Rusiyadır

Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşları İtaliya və Rusiyadır
# 18 oktyabr 2010 13:25 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşları İtaliya və Rusiya olub. Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədən ixracın 4 992,438 mln. dolları və ya 31,86%-i İtaliyanın payına düşüb. İxracın həcminə görə ikinci yeri Fransa (ümumi ixracın 10,1%-i), sonrakı yerləri İsrail (8,78%), ABŞ (8,48%), İndoneziya (4,73%), Ukrayna (3,88%), Malayziya (3,69%), Xorvatiya (3,46%), Rusiya (3,36%) və Kanada (2,02%) tutub.

Ölkəyə idxal olunan malların həcminə görə isə Azərbaycanın əsas tərəfdaşı Rusiyadır. İlk 9 ayda Azərbaycan Rusiyadan 776,509 mln. dollarlıq (ümumi idxalın 17,09%-i) mal idxal edib. Azərbaycana idxalın həcminə görə ikinci yeri Türkiyə (11,49%), sonrakı yerləri Çin (8,37%), Almaniya (7,97%), Ukrayna (7,67%), Böyük Britaniya (4,80%), Qazaxıstan (4,22%), Sinqapur (3,68%), ABŞ (3,55%), Koreya Respublikası (2,76%) tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR