Bank Of Baku

Rusiyada sement ixracı üzrə rüsumlar ləğv edilib

Rusiyada sement ixracı üzrə rüsumlar ləğv edilib
# 19 oktyabr 2010 07:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Rusiya hökuməti ölkədə istehsal olunan sementin ixracı üzrə rüsumları ləğv edib.

«APA-Economics»in məlumatına görə, buna səbəb Rusiyada əsas sement istehsalçılarının böhran dövründə istehsalı 50% azaltması olub.

İxrac üzrə rüsumların ləğvi istehsalçılara böhran dövründə çəkdiyi zərəri kompensasiya etməyə imkan yaradacaq. Belə ki, Rusiya şirkətləri xarici ölkələrə ildə 3 mln. ton sement satmaq və bununla ixrac gəlirlərini 5 dəfə artıraraq 6 mlrd. rubla (200 mln. ABŞ dolları) çatdırmaq niyyətindədir.

Rusiya sementinin potensial alıcıları sırasında Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, Ukrayna, Finlandiya və digər Skandinaviya ölkələri daxildir.

Qeyd edək ki, bundan öncə Rusiyada sement ixracının rüsumu gömrük dəyərinin 6,5%-ni təşkil edib.

Xatırladaq ki, bu ilin ilk yeddi ayı ərzində Azərbaycan 22 427,7 min dollar məbləğində 497 197,8 ton sement idxal edib və ötən ilin yanvar-iyul ayları ilə müqayisədə idxalın məbləği 26,5%, həcmi isə 13,1% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR