Bank Of Baku

Azərbaycan siqaret idxalını artırıb

Azərbaycan siqaret idxalını artırıb
# 19 oktyabr 2010 07:41 (UTC +04:00)
Ötən ilin eyni dövrünə nisbətən ölkəyə gətirilən tütünün həcmi 19,4% azalıb, dəyəri isə əksinə, 42% artıb.

İlin ilk 9 ayında Azərbaycana xaricdən ümumi dəyəri 162,019 mln. ABŞ dolları olan 8 233,384 min ədəd tütün məmulatı gətirilib. Ötən ilin ilk 9 ayı ilə müqayisədə ölkəyə gətirilən tütün məmulatlarının həcmi 0,6%, dəyəri isə 2,4% artıb.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi dəyəri 3,490 mln. dollar olan 1 393,4 ton tütün ixrac edilib. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə ixrac olunan tütünün həcmi 9,3%, ümumi dəyəri isə 20,5% artıb.

İlk 9 ayda ölkədən xaricə ümumi dəyəri 845,9 min dollar olan 105,090 mln. ədəd tütün məmulatı ixrac edilib. Ötən ilə nisbətən ixrac olunan tütün məmulatının həcmi 27,6% azalıb, onun dəyəri isə 11,1% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR