Bank Of Baku

«İşəgötürənlərin iş yerlərində əməyin təhlükəsizliyi üzrə cavabdehlikləri» mövzusunda seminar keçirilib

«İşəgötürənlərin iş yerlərində əməyin təhlükəsizliyi üzrə cavabdehlikləri» mövzusunda seminar keçirilib
# 19 oktyabr 2010 09:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) quruma üzv olan müəssisə və təşkilatların nümayəndələri üçün «İşəgötürənlərin iş yerlərində əməyin təhlükəsizliyi üzrə cavabdehlikləri» mövzusunda seminar keçirilib.

«APA-Economics»in məlumatına görə, seminar ASK ilə Almaniyanın «Bildunswerk Der Wirtshaft» təşkilatı ilə bağlanmış tərəfdaşlıq layihəsinə uyğun keçirilib.

Seminarı giriş sözü ilə açan ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, əməyin təhlükəsizliyi insan faktoru önəmli məsələdir. “Azərbaycanda hələ də əməyin təhlükəsizliyi məsələsinə ciddi şəkildə yanaşılmır və bu baxımdan da, tikintidə ölüm hallarının sayı çoxalır. İnanıram ki, bu seminarın nəticəsi olaraq iştirakçılar alman təcrübəsini öz müəssisə və təşkilatlarında tətbiq edə biləcəklər. Seminar yalnız tikinti sektoruna deyil, əməyin təhlükəsizliyi sahəsində iqtisadiyyatın digər sahələrinə də öz töhfəsini verəcək”, - deyə M.Musayev qeyd edib.

Almaniyanın «BG BAU» şirkətinin tikintidə bədbəxt hadisələrin qarşısının alınmasında əməyin təhlükəsizliyi üzrə eksperti Volf Qanq Kratkayın sözlərinə görə, Azərbaycan tikinti sahəsində Avropa standartlarına inteqrasiya etməli, həmin təcrübədən bəhrələnməlidir. Ekspert bildirib ki, beynəlxalq standartlarla yanaşı, tikintidə təhlükəsizlik məsələlərində Azərbaycanının öz səciyyəvi xüsusiyyətləri də nəzərə alınmalıdır.

Seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək müfəttişliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının məsul işçiləri, ASk üzvü olan 13 şirkət və müəssisədən əməyin təhlükəsizliyi məsələləri üzrə məşğul olan 26 mütəxəssis iştirak edib.

Qeyd edək ki, seminar çərçivəsində ASK ilə Azərbaycan Milli QHT Forumu arasında ikitərəfli əməkdaşlıq müqaviləsi də imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR