Bank Of Baku

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçiriləcək
# 19 oktyabr 2010 13:01 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Oktyabrın 27-də Bakıda Azərbaycan-Çexiya biznes forumu keçiriləcək. Forumun təşkilatçısı Çexiyanın Azərbaycandakı səfərliyi, Çexiyanın MDB ölkələri üzrə Ticarət-Sənaye Palatası və Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubudur (CEIBC).

CEIBC-dən «APA-Economics»ə verilən məlumata görə, forumda Azərbaycanın, Xəzər-Qara dəniz ölkələri regionunun işgüzar dairələrinin nümayəndələri, eləcə də Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Çexiya şirkətlərinin təmsilçiləri iştirak edəcəklər. Bura qida sənayesi üçün avadanlıqlar istehsal edən «ANTİKORO Babik Yozef» şirkəti, Çexiya İxrac Bankı, İxrac Zəmanəti və Sığortası Cəmiyyəti, «Express-Interfracht» logistika şirkəti, «PSG – International» tikinti-montaj işləri şirkəti, «Şkoda Avto» avtomobil şirkəti və s. qurumlar daxildir.

Forumda işgüzar əməkdaşlıq məsələlərinin müzakirə edilməsi, sahibkarlar arasında işgüzar danışıqların aparılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR