Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Goranboy rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Goranboy rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
# 19 oktyabr 2010 13:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Goranboy rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, SKMF tərəfindən Goranboy rayonu üzrə sahibkarlıq subyektlərindən intensiv bağçılığın inkişafı, faraş tərəvəz məhsullarının istixana şəraitində yetişdirilməsi, meyvə və tərəvəz məhsullarının saxlanılması üçün soyuducu anbar komplekslərinin yaradılması, müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlaqə telefonu: (+994 12) 432-39-69.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR