Bank Of Baku

® Bakıda lüks səviyyəli ilk parfüm və kosmetika butiki açılıb - FOTOSESSİYA

<font color=red>® </font>  Bakıda lüks səviyyəli ilk parfüm və kosmetika butiki açılıb - <font color=red>FOTOSESSİYA</font>
# 20 oktyabr 2010 08:39 (UTC +04:00)
«İdeal»dan «APA-Economics»ə verilən məlumata görə, yeni mağaza Nizami küçəsi,64 ünvanında yerləşir. Bununla da, «İdeal» mağazalarının ümumi sayı 9-a çatdırılıb. Belə ki, 2009-cu ildə qarşıya qoyulmuş məqsəd yerinə yetirilərək mağazaların ümumi sayı 4-dən 8-ə çatdırılıb: «Yeni mağazalarımızın açılması ilə satış şəbəkəsinin genişləndirilməsi, yeni brendlərin distribütorluğunun alınması və satış sisteminin təkmilləşdirilməsi 2010-cu ildə şirkət qarşısında dayanan daima mühüm və prioritet məsələlərdəndir. Yeni istifadəyə verilən lüks səviyyəli «İdeal-Boutique» mağazası Azərbaycanda ilk və tək parfüm və kosmetika butikidir».
Qeyd edək ki, «İdeal» parfüm və kosmetika mağazalar şəbəkəsi 1999-cu ildə təsis olunub. «İdeal» mağazalar şəbəkəsi 40-dan artıq brendin Azərbaycanda rəsmi təmsilçisidir. «İdeal» şəbəkəsi mağazaların dizayn və interyerinə görə MDB ölkələri arasında birinci yeri qazanıb. Distribütoru olduğu brendlərin sayını 2 dəfədən çox artıran şirkət, brendlərin təqdimatı və vitrin tərtibatına görə istehsalçı şirkətlər tərəfindən daim yüksək qiymətələndirilir.
Xatırladaq ki, 2009-cu ilin nəticələrinə əsasən, Dubrovnikdə (Xorvatiya) keçirilən Marketinq Konfransında «IsaDora» brendinin distribütor şirkətləri sırasında «İdeal» şirkəti «Marketinq Aktivliyi»nə görə birinci yerə layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR