Bank Of Baku

«Mətanət A» şirkəti rəngli qum istehsalına başlayıb

«Mətanət A» şirkəti rəngli qum istehsalına başlayıb
# 21 oktyabr 2010 06:58 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın “Mətanət A” şirkəti yeni «FasMozaik» suvaq materialının istehsalına başlayıb.

Şirkətin satış şöbəsinin müdiri Fuad Qafarov «APA-Economics»ə bildirib ki, bu məhsul əsasən fasadlar - xarici divarlar üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, istənilən rəngdə olan yeni məhsul hazır məhlul şəklində xüsusi qablarda satılır və onu birbaşa divara vurmaq lazımdır. «Fas Mozaik»in istehsalı üçün xammal kimi adi qumdan istifadə olunur və istehsal prosesində xüsusi texnologiyalarla ona rəng verilir. Bu məhsul indiyədək istifadə olunan eyni zamanda iki məhsulu - adi fasad şpatlyovkalarını, adi suvağı və onların üzərinə vurulan rəngi əvəz edəcək. «Fas Mozaik» 25 kiloqramlıq qablarda 49 manatdan satılacaq.

«Mətanət A»nın bazara təqdim etdiyi digər məhsul - «FasNatural» isə gülbax daşını imitasiya edən tozdur. Bu məhsulun istehsalı üçün gülbax daşının üyüdülməsindən alınan tozdan istifadə edilir. Bu tozun tərkibi xüsusi maddələrlə zənginləşdirilir və istifadə etmək üçün ona adi su qatmaq kifayətdir, bundan sonra məhsul divara çəkilir. Divara çəkilmiş «Fas Natural» gülbax daşı təsiri bağışlasa da, ondan bir sıra üstünlükləri var. Əvvəla, məsamələri olan daşdan fərqli olaraq, «Fas Natural» su çəkmir və bunun da nəticəsində çatlamır. İkincisi, qiyməti və divara vurulması əsl daşdan daha ucuz başa gəlir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR