Bank Of Baku

«Young & Rubicam» şirkəti Azərbaycanda nümayəndəlik açıb

«Young & Rubicam» şirkəti Azərbaycanda nümayəndəlik açıb
# 21 oktyabr 2010 11:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu gün Bakıda «Young & Rubicam» (ABŞ) reklam şirkəti ilə yerli «ADVERT» agentliyi arasındakı əməkdaşlıq əlaqələri əsasında ABŞ şirkətinin Azərbaycanda affillyasiya olunmuş nümayəndəliyinin açılmasına həsr olunmuş mətbuat konfransı keçirilib. «APA-Economics»in məlumatına görə, baş ofisi Nyu-Yorkda yerləşən «Y&R» şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Hamiş Maklennan bildirib ki, Qafqazda ilk nümayəndəliyini açan «Young & Rubicam» 1923-cü ildə yaradılıb. Hazırda bu şirkət kreativ həllərin hazırlanması, istehlakçıların tələblərinin araşdırılması və marketinq kommunikasiyaları sahəsində dünyada ən aparıcı reklam-informasiya agentliklərindən biridir. «WPP Group»a daxil olan «Y&R» agentliyinin 98 ölkədə 195 ofisi var.

H.Maklennanın sözlərinə görə, «Young & Rubicam» dünyada bir çox işlərə birinci imza atıb: «Bu şirkət ilk rəngli televiziya reklamı, reklam agentliyində ilk tədqiqat şöbəsi, müştəri üçün hazırlanmış ilk vebsayt, kabel televiziyasının imkanlarından istifadə edən ilk agentlik yaradıb. Əminik ki, «Young & Rubicam» və «ADVERT» şirkətlərinin birgə əməkdaşlığı Azərbaycanda reklam biznesinin kreativ sahəsinin inkişafına təkan verəcək. Əməkdaşlığımız müştərilərimizin Azərbaycan bazarında uğurunun zəmanəti olmalıdır. Biz şirkətin inkişafının əsas məqsədini məhz bunda görük».

«Y&R»in Rusiya, Ukrayna, Qazaxıstan, Azərbaycan üzrə Şirkətlər Qrupunun prezidenti Yuri Paşin isə qeyd edib ki, «ADVERT» agentliyi artıq «Y&R»in bir sıra beynəlxalq şəbəkə müştəriləri ilə işləyir.

«BANNER» Şirkətlər Qrupunun rəhbəri Mehrac Mahmudov isə bildirib ki, «ADVERT» şirkəti sonralar şirkətlər qrupuna çevrilən və Azərbaycan reklam bazarında 2006-cı ildən müstəqil fəaliyyətə başlayan «BANNER» reklam agentliyinin əsasında yaradılıb.

«Young & Rubicam Brands» şirkəti ilə affillyasiya müqaviləsi imzalandıqdan sonra Agentlik «Y&R», habelə «WPP»nin digər kreativ strukturlarının Cənubi Qafqazda maraqlarını rəsmən təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR