Bank Of Baku

Azərbaycanda 1,3 ton saxta kolbasa məmulatı məhv edilib

Azərbaycanda 1,3 ton saxta kolbasa məmulatı məhv edilib
# 21 oktyabr 2010 11:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda 1,3 ton saxta kolbasa məmulatı məhv edilib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Sumqayıt şosesi, 14-cü km ünvanında fəaliyyət göstərən «AY-MİN» MMC-də aparılan yoxlama zamanı müəssisədə istehsal edilən kolbasa məmulatlarının üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, kolbasa məmulatlarının uyğunluq və gigiyenik sertifikatları olmadan istehsal edildiyi, həmçinin kolbasa istehsalı və qablaşdırılmasında mənşəyi bəlli olmayan rəngləyici maddələr və qablaşdırma materiallarından istifadə olunduğu aşkar edilib.

Bununla əlaqədar uyğunluq və gigiyenik sertifikatları olmayan kolbasa məmulatlarının istehsalı və satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkələrinə paylanmış malların geri yığılması, müəssisənin anbarında olan yararsız malların məhv edilməsi barədə «AY-MİN» MMC-yə icrası məcburi göstəriş verilib.

Artıq müəssisənin anbarında satışı dayandırılmış 1,3 ton kolbasa məmulatı, həmçinin 20 kq rəngləyici maddələr, 2 500 m qablaşdırma materialları və 49,1 kq etiket Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Haqsız rəqabətə yol verdiyinə görə «AY-MİN» MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR