Bank Of Baku

Saxlama müddəti ötmüş 514 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 514 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 21 oktyabr 2010 13:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nizami rayonunda C.Naxçıvanski küçəsində Aydın Namazov və Rauf Hüseynova məxsus mağazalarda, C.Naxçıvanski küçəsindəki «Bizim market», «Nigar market», «Halal market» və «Nurlan market»də, Q.Qarayev prospekti, 815 ünvanında yerləşən «İdrak market»də, R.Rüstəmov küçəsi, ev 36 ünvanındakı «Nübar market»də, B.Nuriyev küçəsi, ev 1 ünvanında Bəhruz Sultanova məxsus mağazada, B.Çobanzadə küçəsi, ev 105 ünvanında Anar Sadıqova məxsus mağazada, Xətai rayonunda General Şıxlinski küçəsində yerləşən Müşviq Çobanov, Mirhüseyn Sadıqov və Gülnarə Əhmədovaya məxsus mağazalarda, S.Mehmandarov küçəsində yerləşən «Avand market» və «Sev-al market»də, X.Məmmədov küçəsi ilə M.Hadi küçəsinin kəsişməsində Nurlan Məmmədova məxsus mağazada, Göygöl rayonunda A.Kazımov küçəsində Vaqif Əhmədova məxsus mağazada, Gədəbəy rayonunda Qara Məmmədli kəndində Hafiz Əmiraslanova məxsus mağazada, S.Vurğun küçəsində «Dadaş» MMC-yə məxsus mağazada, Cəlilabad rayonunda Bakı-Astara şossesində Abdulrəhman Məmmədova məxsus mağazada, Xaçmaz rayonunda Xaçmaz-Xudat yolunda Leyla Xudaverdiyevaya məxsus mağazada, Ağdam rayonunda Xındırısdan kəndində Qızılgül Heydərovaya məxsus mağazada ümumi çəkisi 514 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, un məmulatları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR