Bank Of Baku

Avstriyalı sahibkarlar Azərbaycanın üzümçülük sektoruna dəvət olunub

Avstriyalı sahibkarlar Azərbaycanın üzümçülük sektoruna dəvət olunub
# 21 oktyabr 2010 14:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan-Avstriya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının bu gün Bakıda keçirilən toplantısında Avstriya tərəfinə kənd təsərrüfatının müxtəlif sahələrində ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi təklif olunub.

«APA-Economics»in məlumatına görə, bunlar Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avstriya bazarına ixracı imkanlarının araşdırılması, məhsulların qablaşdırılması və etiketlənməsi sahəsində Avstriya təcrübəsindən istifadə, Avstriyanın kənd təsərrüfatı texnikasının «Aqrolizinq» SC-nin xətti ilə azərbaycanlı fermerlərə güzəştli şərtlərlə satışı ilə bağlıdır. Bundan başqa, təklifləri səsləndirən kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev avstriyalı iş adamlarını Azərbaycanın üzümçülük sahəsində fəaliyyət göstərməyə, eləcə də Azərbaycanın ət, o cümlədən quş əti təminatında iştirak etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR