Bank Of Baku

Avstriya-Azərbaycan biznes-forumu keçiriləcək

Avstriya-Azərbaycan biznes-forumu keçiriləcək
# 21 oktyabr 2010 15:33 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Avstriya-Azərbaycan Əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Bakıda keçirilən VI iclasının yekunlarına dair protokol imzalanıb.

APA-Economics”in xəbərinə görə, protokolu komissiyanın həmsədrləri - Azərbaycan tərəfdən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Avstriya tərəfdən isə xarici iqtisadi siyasət və avrointeqrasiya nazirinin müavini Yozef Mayer imzalayıb.

İmzalanma mərasimindən sonra çıxış edən Ə.Abbasov bildirib ki, iclasda ikitərəfli və qeyri-ikitərəfli məsələlər müzakirəyə çıxarılıb. İkitərəfli məsələlər sırasında regionlar və şəhərlər arasında əlaqə, sənaye və energetika, ekoloji texnologiyalar və təbiətin mühafizəsi, kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı, baytarlıq, təbabət, turizm, tikinti, tibbi texnika, maliyyə və bank sektoru, kommunikasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq müzakirə olunub. İclasda müzakirə olunan qeyri-ikitərəfli məsələlər isə Avropa İttifaqı-Azərbaycan münasibətləri və Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü olub.

Ə.Abbasovun sözlərinə görə, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın yeri və roluna da diqqət yetirilib: “Hesab edirik ki, Avstriya şirkətləri Azərbaycanda aktiv olduğu kimi, Azərbaycan şirkətləri də Avstriya bazarına və Avropa İttifaqının digər bazarlarına çıxmalıdırlar. İki ölkənin sahibkarlarının iştirakı ilə biznes-forum keçirilməsi haqda da razılıq əldə etdik”. Bununla belə, nazir biznes-forumun vaxtı və yeri barədə məlumat verməyib.

Öz növbəsində Yozef Mayer qeyd edib ki, Avstriya şirkətlərinin Azərbaycanda investisiya qoymaq baxımından maraq göstərdiyi sahələr neft-qaz, bərpa olunan enerji, səhiyyə, turizm, tikinti, bank sektorları və infrastruktur layihələridir: “Azərbaycan məhsullarının Avstriya bazarına çıxmasında əsas problem standartların fərqli olmasıdır. Bəzi inzibati problemlər də var ki, onları qısa vaxt ərzində həll etməyə çalışacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR