Bakıda «Azərbaycan regionlarının investisiya potensialı: nailiyyətlər və perspektivlər» mövzusunda elmi-praktik konfrans keçirilir - FOTO
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, son illər ərzində Azərbaycanda regionların inkişafı ilə bağlı bir sıra işlər görülür, bilavasitə regionların inkişafına dair dövlət proqramları icra olunur: «Davamlı inkişafın təmin edilməsi, rəqabət qabiliyyətinin yaradılması, ixrac yönümlü iqtisadiyyatın regionlarda təmin olunması prioritet istiqamətlərdəndir».
Regionlarda davamlı inkişafa dair aparılan işlərdən danışan N.Səfərov onu da bildirib ki, hazırda sahibkarlıq subyektlərinin investisiya layihələri dövlət tərəfindən dəstəklənir və lazımi yardım göstərilir: «Bir sıra mənbələr tərəfindən maliyyələşdirilən bu layihələr həmçinin dövlət büdcəsindən maliyyələşir».
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti Arif Həşimov ölkə regionlarında texnoparkların yaradılmasının əhəmiyyəti və vacibliyindən danışıb.
Öz növbəsində rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov hazırda ölkə regionlarında optik xətlə təchiz olduğunu bildirib və qeyd edib ki, bu il ərzində Azərbaycan bölgələrində 200 km optik kabel çəkilib, ölkənin ucqar kəndləri ilə rayon və şəhər mərkəzləri arasında əlaqə yaradılıb: «Eyni zamanda uzun illər blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında İran vasitəsilə, həmçinin Gürcüstan-Türkiyə ərazisi ilə rabitə xidmətləri təmin olunub».
«Azərpoçt» MMC-nin ölkə rayonlarında fəaliyyətindən danışan İ.Məmmədov onu da qeyd edib ki, artıq müəssisə regionlarda da bank-maliyyə xidmətləri göstərir.
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev Azərbaycanın iqtisadi inkişafından danışıb və qeyd edib ki, bu ilin ilk doqquz ayı ərzində ölkədə istehsal olunan ÜDM 4,1% artıb: «Hazırda ölkənin valyuta ehtiyatları 28 mlrd. ABŞ dolları təşkil edir. Azərbaycan iqtisadiyyatına indiyədək yatırılan investisiyanın həcmi 60 mlrd. dollar təşkil edir ki, bunun da 50%-dən çoxu xarici investisiyalardır».
Nazir müavini onu da bildirib ki, 2010-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 56 min yeni daimi iş yeri açılıb, 2003-cü ildən indiyədək isə yeni açılmış iş yerlərinin sayı 900 min təşkil edir.
Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətindən danışan B.Əliyev həmçinin qeyd edib ki, cari ilin əvvəlindən Fond tərəfindən 1 016 sahibkarlıq subyektinə 81 mln. manat məbləğində güzəştli kreditlər verilib.
Tədbirdə çıxış edən sənaye və energetika nazirinin müavini Natiq Abbasov hazırda regionların investisiya potensialının artdığını, sahibkarlığın inkişafına kompleks dövlət dəstəyi tədbirlərinin həyata keçirildiyini, dövlət proqramlarının uğurla icra olunduğunu, regionlarda infrastruktur, sosial-mədəni, istehsal və emal obyektlərinin yaradıldığını, regionların inkişafında sahibkarlığın rolunun artığını bildirib.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?