Bank Of Baku

Azərbaycan paytaxtında saxta elektrik tənzimləyicilərinin satışı ilə məşğul olan müəssisə aşkarlanıb

Azərbaycan paytaxtında saxta elektrik tənzimləyicilərinin satışı ilə məşğul olan müəssisə aşkarlanıb
# 22 oktyabr 2010 12:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan paytaxtında Bakıda yığılan, lakin Türkiyə istehsalı adı ilə satılan elektrik tənzimləyicilərinin satışı ilə məşğul olan müəssisə aşkarlanıb.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində Məhərrəm Quliyevə məxsus müəssisədə aparılan yoxlama zamanı müəssisədə yığılan elektrik tənzimləyicilərinin saxtalaşdırılaraq Türkiyə istehsalı kimi «El-Bi» adı ilə markalandığı, üzərində 3 il zəmanət müddəti göstərilən Türkiyə istehsalı olan «Bdy-Kalmaksan» adlı işıqlandırıcıların zəmanət verilmədən, Çində istehsal edilmiş «Bronco» generatorlarının isə uyğunluq sertifikatı olmadan satıldığı müəyyən edilib.

Yoxlama zamanı həmçinin etiketində Çində istehsal edildiyi göstərilən, lakin üzərində istehsalçı müəssisə barədə heç bir məlumat göstərilməmiş mənşəyi bəlli olmayan müxtəlif çeşidli elektrik avadanlıqları aşkar edilib.

Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar 104,4 min ədəd müxtəlif elektrik avadanlıqlarının, 749 ədəd «Bdy-Kalmaksan» adlı işıqlandırıcıların, 115 ədəd «Bronco» adlı generatorların və 13 ədəd «El-Bi» adlı elektrik tənzimləyicilərinin satışının dayandırılması və bu malların ticarət şəbəkəsindən geri yığılması barədə Məhərrəm Quliyevə icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR