Bank Of Baku

Mingəçevirdə «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib

Mingəçevirdə «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib
# 22 oktyabr 2010 14:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Mingəçevirdə «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə 100-dən çox sahibkar iştirak edib.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin sektor müdiri Rəşad Dayıyev çıxış edərək hazırda ölkə iqtisadiyyatının davamlı olaraq inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» çərçivəsində regionlarda müasir texnologiyaların tətbiqi ilə yeni müəssisələrin və iş yerlərinin yaradıldığını qeyd ediblər.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, onların zəruri nəzəri biliklərə və praktiki bacarıqlara yiyələnməsi, beynəlxalq təcrübənin öyrənilməsi, sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi istiqamətində Mərkəzin gördüyü işlər barədə məlumat verib.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rauf Rzayev «Biznesdə risklərin idarə edilməsi və biznesin sığortalanması», Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin rəhbəri Akif Abbasov isə «Biznes-planların və investisiya layihələrinin hazırlanması» mövzusunda təqdimatlarla çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR