Bank Of Baku

Zərdabda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib

Zərdabda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib
# 22 oktyabr 2010 14:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Zərdabda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-ə yaxın sahibkar iştirak edib.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin sektor müdiri Rauf Əliyev ölkənin iqtisadi inkişafından danışıb, hazırda regionların tarazlı və hərtərəfli inkişafı istiqamətində bir sıra tədbirlərin həyata keçirilir.

Öz növbəsində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin şöbə müdiri Qorxmaz Əfəndiyev sahibkarlarıq fəaliyyətinin dəstəklənməsi, iş adamlarının maarifləndirilməsi, onlara nəzəri-praktiki biliklərin aşılanması istiqamətində Mərkəzin gördüyü işlər barədə məlumat verib.

Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə məlumat verib və qeyd edib ki, SKMF iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən intensiv bağçılığın və tingçiliyin inkişafı üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulunu, həmçinin, müasir standartlara cavab verən çörək istehsalı müəssisəsinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulunu davam etdirir.

Tədbir çərçivəsində keçirilmiş treninqdə biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə məlumat verilmiş, sahibkarlara güzəştli kreditlərin əldə olunması proseduru, sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsinə dair minimal tələblər və müvəkkil kredit təşkilatları barədə məlumatları əks etdirən broşürlər, investisiya layihələrinin (biznes-planların) hazırlanmasına dair tövsiyə xarakterli materiallar paylanıb.

Tədbir çərçivəsində həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Zərdab və ətraf rayonlarda fəaliyyət göstərən 34 sahibkarlıq subyektinə 406 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 60 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR