Bank Of Baku

Azərbaycanda kolbasa istehsalı ilə məşğul olan şirkət cərimələnib

Azərbaycanda kolbasa istehsalı ilə məşğul olan şirkət cərimələnib
# 25 oktyabr 2010 10:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda kolbasa məmulatları istehsalı ilə məşğul olan müəssisəyə 8 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

İqstiadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə kolbasa məmulatlarının istehsalı ilə məşğul olan «AY-MİN» MMC barəsində Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində işə baxılıb və «Haqsız rəqabət haqqında» qanunun tələblərini pozduğuna görə, «AY-MİN» MMC-yə 8 min manat maliyyə sanksiyası tətbiq edilib.

Bundan başqa, ticarət şəbəkəsindən geri yığılmış 132 kq saxta kolbasa məmulatının məhv edilməsi barədə «AY-MİN» MMC-yə icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR