Bank Of Baku

Sabah Naxçıvanda Azərbaycan-Türkiyə biznes-forumu keçiriləcək

Sabah Naxçıvanda Azərbaycan-Türkiyə biznes-forumu keçiriləcək
# 25 oktyabr 2010 10:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 26-da Naxçıvan Muxtar Respublikasına gələcək. APA-nın bildirdiyinə görə, bu barədə Türkiyə Xarici Ticarət Katibliyi məlumat yayıb.

Zəfər Çağlayanı müşayiət edəcək nümayəndə heyətinin tərkibinə Türkiyənin müxtəlif şirkətlərini və ictimai təşkilatlarından 125 nəfər daxildir. İki gün davam edəcək səfər çərçivəsində Naxçıvan şəhərində Azərbaycan-Türkiyə biznes-forumu keçiriləcək.

Zəfər Çağlayan Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşəcək, həmçinin Dilucu-Sədərək sərhəd keçid məntəqəsinə baş çəkərək oradakı vəziyyətlə tanış olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR