Bank Of Baku

Vergi Apellyasiya Şurası vergi ödəyicisinə tətbiq olunan maliyyə sanksiyasını ləğv edib

Vergi Apellyasiya Şurası vergi ödəyicisinə tətbiq olunan maliyyə sanksiyasını ləğv edib
# 25 oktyabr 2010 14:13 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərən Vergi Apellyasiya Şurası vergi müfəttişləri tərəfindən vergi ödəyicisinə tətbiq edilən maliyyə sanksiyasının əsassız olduğu barədə qərar çıxarıb.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, şuranın bir neçə gün əvvəl yeni tərkibdə keçirilən ilk iclasında fərdi sahibkarlıqla məşğul olan bir vətəndaşın şikayətinə baxılıb. Vergi orqanı tərəfindən aparılmış operativ vergi nəzarəti tədbirləri zamanı həmin şəxsə maliyyə sanksiyası tətbiq edilib və o, çıxarılan qərara etirazını bildirərək, Vergi Apellyasiya Şurasına müraciət edib.

İclasda bu məsələ Şuranın sədri, vergilər nazirinin I müavini Natiq Əmirov və şuranın digər üzvlərinin iştirakı ilə araşdırılıb. İclasda həm şikayət edən vətəndaş, həm də vergi orqanının əməkdaşları dinlənilib, Şura üzvləri isə şikayətlə bağlı öz fikirlərini bildiriblər. Araşdırmaların sonunda həmin vergi ödəyicisinə tətbiq edilən maliyyə sanksiyasının əsassız olduğu müəyyən edilib. Bununla əlaqədar Şura tərəfindən vətəndaşın şikayətinin təmin olunması, beləliklə də ona tətbiq edilmiş maliyyə sanksiyasının ləğvi ilə bağlı qərar qəbul edilib.

Xatırladaq ki, Vergilər Nazirliyinin nəzdində Vergi Apellyasiya Şurası 2008-ci ildə yaradılıb. Bir qədər əvvəl isə Şuranın əsasnaməsi və yeni tərkibi təsdiqlənib. Vergi orqanlarının qəbul edilmiş qərarları və ya verilmiş cavabları ilə razılaşmayan istənilən vergi ödəyicisi məhkəməyə müraciət etmədən Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurasına müraciət edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR