Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatlarının siyahısını genişləndirəcək

Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatlarının siyahısını genişləndirəcək
# 25 oktyabr 2010 15:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) müvəkkil kredit təşkilatlarının siyahısı genişlənə bilər. «APA-Economics»in məlumatına görə, bunu Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda SKMF-a üzv olan müvəkkil kredit təşkilatlarının sırasına Azərbaycanın «BTB» adlı kommersiya bankı və bir neçə qeyri-bank kredit təşkilatları qoşulmaq niyyətindədir: «Cari ilin sonunadək bu təşkilatların Fondun müvəkkil kredit təşkilatları sırasına qoşulub-qoşulmaması müəyyənləşəcək. SKMF-in şərtlərinə əsasən, Fondun müvəkkil kredit təşkilatları sırasına qoşulmaq istəyən təşkilatların ölkə regionlarında filialları fəaliyyət göstərməlidir. Məhz bu səbəbdən, yəni bölgələrdə filialların olmadığına görə, Rusiyanın «VTB Azərbaycan» bankı SKMF-in müvəkkil kredit təşkilatları sırasına qoşula bilməyib».

Qeyd edək ki, hazırda SKMF-a 36 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edir. Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən lisenziya verilmiş bütün banklar və bank olmayan kredit təşkilatları müvəkkil kredit təşkilatları qismində kreditlərin verilməsində iştirak edə bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR