Bank Of Baku

Zərdab rayonunda sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb

Zərdab rayonunda sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb
# 26 oktyabr 2010 07:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Zərdab rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, SKMF tərəfindən Zərdab rayonu üzrə sahibkarlıq subyektlərindən intensiv heyvandarlığın (o cümlədən, camışçılığın), eləcə də ətlik istiqamətli, quşçuluğun və bağçılığın (nar, heyva, xirnik və s.) inkişafı, müasir tələblərə cavab verən kiçik və ya orta həcmli süd emalı və un məmulatları istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR