Bank Of Baku

Azərbaycan bir sıra qida məhsullarının istehsalını artırıb

Azərbaycan bir sıra qida məhsullarının istehsalını artırıb
# 26 oktyabr 2010 08:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk doqquz ayı ərzində Azərbaycanda fəaliyyət göstərən emal müəssisələri və fərdi sahibkarlar (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 3 814,7 mln. manatlıq məhsul istehsal olunub, sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə istehsalın həcmi 7,9% artmaqla, daha çox hissəsi qida məhsulları istehsalının payına düşüb.

Qida məhsullarından makaron məmulatlarının istehsalı 52,7% artaraq 14,8 min ton, pendir və kəsmik istehsalı 2% artaraq 32,5 min ton, ət 3,9% artaraq 184,8 min ton, süd 3% artaraq 476,8 min ton, kərə yağı 0,9% artaraq 15,7 min ton, duru bitki yağları 23,7% artaraq 30,7 min ton olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR