Bank Of Baku

Azərbaycan paytaxtında yararsız qənnadı məhsulları aşkarlanıb

Azərbaycan paytaxtında yararsız qənnadı məhsulları aşkarlanıb
# 26 oktyabr 2010 10:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan paytaxtında 775,9 kq saxta qənnadı məhsullarının istehsalı və satışı dayandırılıb.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi,4 ünvanında Turan Günəşə məxsus müəssisədə aparılan yoxlama zamanı müəssisədə istehsal edilən 527 kq «Güneş Kardeşler» adlı rahat lukumun üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi və həmin məhsulun gigiyenik sertifikatı olmadan istehsal edildiyi müəyyən edilib.

Bundan başqa, yoxlama zamanı müəssidə saxlama müddəti ötmüş 123,9 kq qənnadı məhsulları, üzərində istehsalçı müəssisə haqqında heç bir məlumat göstərilməmiş mənşəyi bəlli olmayan 125 kq paxlava, rahat lukumun qablaşdırılmasında istifadə edilən və üzərində yararlılıq müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 2 500 ədəd qablaşdırma materialları aşkar edilib.

Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar, rahat lukumun istehsalı və satışının dayandırılması və müəssisə tərəfindən istehsal edilmiş bu malların ticarət şəbəkəsindən geri yığılması, üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş qablaşdırma materiallarından istifadənin dayandırılması, həmçinin mənşəyi bəlli olmayan paxlavanın, saxta rahat lukumun və saxlama müddəti ötmüş qənnadı məhsullarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhv edilməsi barədə Turan Günəşə icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR