Bank Of Baku

Azərbaycan istehlak bazarı son bir ildə 9% artıb

Azərbaycan istehlak bazarı son bir ildə 9% artıb
# 26 oktyabr 2010 11:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın istehlak bazarında əhaliyə satılmış istehlak mallarının və göstərilmiş xidmətlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 8,9% artaraq 12,9 mlrd. manat olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin xüsusi çəkiləri müvafiq olaraq 74,6% və 25,4% təşkil edərək, 2009-cu ilin eyni dövrü ilə müqayisədə 8,5% və 10,5% artıb.

Ticarət və xidmət fəaliyyəti üzrə ümumi artımın 92,2%-i özəl müəssisələr hesabına əldə edilib, onların tərəfindən əhaliyə 11 925,4 mln. manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib.

Hesabat dövründə əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi müşahidə olunub. Belə ki, ticarət və xidmət şəbəkələrində hər bir ölkə sakini hər ay orta hesabla 160,3 manatlıq müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib. Adambaşına düşən əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin 148 manatı (92,3%-i) özəl müəssisələrdə reallaşıb.

İstehlak bazarı üzrə ümumi artımın 71%-i ticarət fəaliyyəti, 29%-i isə əhaliyə göstərilən pullu xidmətlərin hesabına təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR