Bank Of Baku

Türkiyənin xarici ticarət üzrə dövlət nazirinin rəhbərlik etdiyi 125 nəfərlik nümayəndə heyəti Naxçıvana gəlib

Türkiyənin xarici ticarət üzrə dövlət nazirinin rəhbərlik etdiyi 125 nəfərlik nümayəndə heyəti Naxçıvana gəlib
# 26 oktyabr 2010 15:25 (UTC +04:00)
APA-nın “Cihan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, iş adamları və qeyri-hökumət təşkilatları təmsilçilərindən ibarət 125 nəfərlik heyəti hava limanında Naxçıvan Ali Məclisinin sədr müavini Azər Zeynalov, NMR ticarət naziri Famil Seyidov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və digər rəsmi şəxslər qarşılayıb. Nümayəndə heyəti Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən qəbul olunub.
Z. Çağlayan V. Talıbovla görüşdə qardaş Naxçıvanda olmaqdan məmnunluq duyduğunu vurğulayıb: “Azərbaycana səfərimiz zamanı hörmətli prezidenti İlham Əliyev Naxçıvana işgüzar səfər etməyimizi istəmişdi. Bu gün bunu gerçəkləşdiririk. Burada əsasən Şərqi Anadolu bölgəmizdən gələn iş adamları və ticarət-sənaye palataları rəhbərlərinin qatılacağı ikitərəfli görüşlər keçiriləcək, razılaşmalar əldə olunacaq. Naxçıvanın inkişafı üçün əlimizdən gələni edəcəyik. Naxçıvanın inkişafı bizim üçün çox önəmlidir. Burada siyasi sabitlik olduğundan Naxçıvan cazibə mərkəzi halına gəlib. Naxçıvana sərmayə qoyacağıq və ticarəti genişləndirəcəyik”.

V. Talıbov isə bildirib ki, Naxçıvan Türkiyənin türk cümhuriyyətləri ilə sərhədinin olduğu yeganə yerdir. O, Naxçıvanın inkişafından danışaraq Türkiyə ilə iqtisadi əlaqələrin inkişafı üçün bütün lazımi addımların atılacağını söyləyib.

V. Talıbov qonaqların şərəfinə ziyafət verdikdən sonra Türkiyə nümayəndə heyəti Naxçıvanın tarixi yerlərini gəzib. Z. Çağlayanın biznes-forum çərçivəsində Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşü də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR