Bank Of Baku

Xaricdə ilk Azərbaycan Milli Sərgisi keçiriləcək

Xaricdə ilk Azərbaycan Milli Sərgisi keçiriləcək
# 26 oktyabr 2010 15:33 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, sərgi 4 550 kv. metr sahəni əhatə edəcək.

Tədbirdə Azərbaycan tərəfindən dövlət rəsmilərinin və 160-dan çox müəssisə və təşkilatın iştirakı nəzərdə tutulur. Sərgidə Azərbaycanın sosial-iqtisadi inkişafını, sənaye, yanacaq, energetika, rabitə və informasiya texnologiyaları, nəqliyyat, aqrar, ekologiya, turizm, mədəniyyət, xalq sənətkarlığı, səhiyyə, təhsil, idman və digər sosial sahələrdə əldə edilmiş nailiyyətləri əks etdirən göstəricilər, eləcə də Azərbaycanda istehsal olunan 1 700-ə yaxın çeşiddə müxtəlif məhsullar nümayiş olunacaq. Azərbaycan mənşəli məhsulların Orta Asiya bazarına ixracının genişləndirilməsinin təşviq olunması məqsədilə tədbir çərçivəsində sahibkarlar arasında ikitərəfli işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur.

Sərgi çərçivəsində həmçinin bir sıra mədəni tədbirlərin keçirilməsi, iştirakçılara Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşurlar, disk və digər təşviqat materiallarının paylanması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanın Milli Sərgisi xarici ölkədə ilk dəfə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR