Bank Of Baku

Bakıda Çexiya-Azərbaycan biznes forumu keçirilir - FOTO

Bakıda Çexiya-Azərbaycan biznes forumu keçirilir - <font color=red>FOTO</font>
# 27 oktyabr 2010 11:25 (UTC +04:00)
Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubu (CEIBC), Çexiyanın Azərbaycandakı səfirliyi və Çexiyanın MDB ölkələri üzrə Ticarət Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən forumda iqtisadiyyatın müxtəlif sahələrində – bank, tikinti, maşınqayırma, avtomobil istehsalı, əczaçılıq, nəqliyyat və logistika şirkətlərinin nümaynədələri iştirak edir.

«APA-Economics»in məlumatına görə, Çexiyanın Azərbaycandakı səfiri Radek Matula jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi Azərbaycana mühüm iqtisadi tərəfdaş kimi baxır və iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və ticarətin genişləndirilməsi üçün böyük ehtiyatlar var.

«Əsas məsələ hər iki ölkə sahibkarlarının məlumatlandırılmasıdır. Son illər ərzində Çexiya ilə Azərbaycan arasında ən böyük ticarət dövriyyəsi 2008-ci ildə qeydə alınıb – 1,12 mlrd avro. Ötən il bu rəqəm 548 mln. avroya düşüb, 2010-cu ildə isə ticarət dövriyyəsi yenidən yüksəlməyə başlayıb və ilin ilk 8 ayında 641 mln. avro təşkil edib. Bu, 2009-cu ilin eyni dövrünə nisbətən 127% çoxdur», - deyə səfir bildirib.

R.Matulanın sözlərinə görə, Çexiyanın Azərbaycandan idxal etdiyi əsas məhsul neftdir və bunun hesabına neftə olan tələbatın 25%-i ödənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR